Sentyabrın 21-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev və şöbənin Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev Azərbaycan Turizm İnstitutunun qonağı olub.
   ATİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, qonaqları salamlayan rektor Cəfər Cəfərov yeni dərs ilinin başlandığı günlərdə Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxslərinin ATİ kollektivi ilə görüş keçirməsini yüksək qiymətləndirdiklərini vurğulayıb.
   Dəyirmi masa ətrafında gerçəkləşən söhbət əsnasında institutda təhsilin keyfiyyət meyarları və səviyyəsindən, tələbələrin ictimai həyatdakı rolundan danışılıb. Ölkəmizin turizm sənayesinin inkişafında, perspektiv layihələrin gerçəkləşməsində bu günün tələbəsi, sabahın ixtisaslı kadrlarına verilən önəmdən bəhs edilib. Sual-cavab şəraitində davam edən görüş zamanı tələbələr nazir müavininə və institutun rektoruna bir sıra suallar ünvanlayıblar. Tələbələr onları düşündürən və narahat edən suallara cavablardan razı qaldıqlarını bildiriblər. ATİ-nin rektoru C.Cəfərov dəyirmi masa söhbətinin sonunda nazirliyin məsul şəxslərinə kollektiv adından təşəkkürünü çatdırıb.
   Tədbirin sonunda institutun struktur rəhbərləri ilə tələbələrin ayda bir dəfə görüşünün keçirilməsi qərara alınıb.
   

  Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar