Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il may ayının 26-da saat 10:00-da Ağdam rayon Heydər Əliyev Mərkəzində (Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospekti) Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 22 may 2022-ci il tarixinə qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və  “Whatsapp” xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.