Azərbaycan Dövlət Yuğ Teatrı Türkiyənin Konya şəhərində 20-30 may tarixində keçirilən 14-cü “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalında iştirak edir.

Sənət ocağı festivala “Kloun Z” tamaşası ilə gedib. Matey Vişnekin “Qoca kloun tələb olunur” pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır. Səhnə əsərində Natəvan Qeybani (Sarı), Zümrüd Qasımova (Qırmızı) və Təranə Ocaqverdiyeva (Yaşıl) çıxış edirlər.

Festivalda Qazaxıstan, Kosovo, Qaqauziya (Moldova), eləcə də Hollandiyadan kollektivlər, İstanbul Dövlət Teatrı və Van Dövlət Teatrı da iştirak edir.

Yuğ teatrının “Kloun Z” tamaşası mayın 23-də Konya Dövlət Teatrının səhnəsində nümayiş olunub.