Sentyabrın 21-dən 23-dək BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin təşkilatçılığı ilə Gəncədəki «Karvansaray» hotelində Bakı və Azərbaycanın qərb bölgəsinin turizm informasiya mərkəzlərinin əməkdaşları üçün treninq keçirilib. 25 nəfərin iştirak etdiyi treninqin keçirilməsinə Gəncə Turizm İnformasiya Mərkəzi də yaxından köməklik edib.
   Seminarda Azərbaycan Turizm İnstitutunun eksperti Gila Aytmann turizm sahəsində kommunikasiya - işçilər arasında münasibətlər haqqında məruzə edib. AZTA-nın icraçı direktoru Aydın Məmmədov təmsil etdiyi qurumun beynəlxalq əlaqələri, assosiasiyanın Dünya Turizm Təşkilatına inteqrasiyası haqqında seminar iştirakçılarına məlumat verib, turizmdə bəzi elektron sistemlər, o cümlədən hotel bronlaşması sistemi barədə danışıb.
   BMT-nin İnkişaf Proqramının Azərbaycanda turizmin inkişafı layihəsinin milli koordinatoru Faiq Qürbətov dünya turizm tendensiyaları və dünya turizmində inkişaf göstəriciləri ilə bağlı təqdimat edib. Təqdimatda müxtəlif sahələrlə yanaşı, turizmin müqayisəli formada üstünlükləri göstərilib.
   Seminarın gedişində iştirakçılardan təşkil olunmuş qruplar müxtəlif mövzularda tapşırıqlar yerinə yetiriblər. Bu, turizm informasiya mərkəzlərinin əməkdaşlarının bir-biri ilə yaxından ünsiyyətdə olması məqsədilə təşkil olunub.
   Sonda «Karvansaray» hotelinin rəhbəri Mikayıl Rəsulov bu turizm obyekti barədə iştirakçılara ətraflı məlumat verib. 
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar