Mayın 25-də Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq incəsənət məktəbinin və Samux rayon Qarayeri qəsəbə Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa İli"nə həsr olunmuş "Qarabağ süitası" adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunub.

F.Əmirov adina Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbir iştirakçıları şəhər Uşaq incəsənət məktəbinin rəsm sərgisinə də baxıblar.

Tədbir şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Aparıcı Günay Məmmədova dövlət başçısının "Şuşa İli" haqqında sərəncamını diqqətə çatdırıbı və qeyd etdi ki, Gəncə RMİ-nin bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.

Sonra "Qarabağ süitası" kompozisiyası təqdim olunub.

Əməkdar mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun "Gözün aydın Qarabağım" poemasından nümunələr səsləndirilib.

Konsert proqramında Uşaq incəsənət məktəbinin "Gəncə gönçələri" mahnı və rəqs ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev), "Xəmsə" nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab Ibrahimov), Samux rayon Qarayeri Uşaq musiqi məktəbinin "Simayi şəms" ansamblı (bədii rəhbər Nail Bağırov), hər iki məktəbin xor kollektivləri, xanəndələri çıxış ediblər.

Sonda Gəncə RMİ-nin rəisi Vasif Cənnətov bütün təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirib.

 

Gəncə şəhər Uşaq incəsənət məktəbinin rəsm müəllimi, heykəltəraş Qasım Qasımov "Azad Şuşa" adlı əl işini regional idarəyə hədiyyə edib.