Sabirabad RMİ və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Saatlı rayonunda “Şuşa İli” ilə bağlı tədbir keçirilib. Açıq havada gerçəkləşən tədbirdə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, Sabirabad RMİ-nin rəisi Fərid Qurbanzadə və şəhid anası Vüsalə Tağıyeva çıxış ediblər. Daha sonra bir-birindən maraqlı rəqslər, kompozisiyalar və musiqi nömrələri təqdim olunub.

***

Sumqayıt RMİ Xızı rayon Heydər Əliyev Mərkəzində “Musiqi beşiyimiz” adlı intellektual yarış təşkil edilib. Yarışda gənclərdən və məktəblilərdən ibarət 4 komanda biliklərini nümayiş etdiriblər.

***

Bərdə RMİ Tərtər rayon Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “Qarabağın göz bəbəyi – əsrarəngiz Şuşa” adlı layihə çərçivəsində “Xarıbülbülün qayıdışı” adlı şeir qiraəti müsabiqəsi təşkil edilib. Tərtər şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Səfərov “Azərbaycan bayrağı” şeiri ilə I, Ələsgərli kənd tam orta məktəbindən Nərminə Cavadova “Qarabağa gedirəm” şeiri ilə II, 2 nömrəli məktəb-liseyin şagirdi Zümrüd Səfərova “Salam, Şuşam” adlı şeirlə III yerə layiq görülüblər.

***

Xaçmaz RMİ Qusar rayon MKS tərəfindən keçirilən “Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” adlı tədbirdə ədəbi-bədii kompozisiya və sərgi təqdim olunub.

Hazırladı: N.Məmmədli