Oktyabrın 10-da Bakıda «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirilib. Turizm agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri Anastasiya Kurçevskaya agentliyin fəaliyyəti haqqında ətraflı məlumat verərək qeyd edib ki, 1987-ci ildən fəaliyyət göstərən «Atout France»ın hazırda 29 ölkədə 35 ofisi mövcuddur. Agentliyin 2002-ci ildə Moskvada açılan nümayəndəliyi MDB ölkələrini əhatə edir.
   A.Kurçevskaya onu da bildirib ki, bir çox turistlər Fransa kurortlarının həddən artıq bahalı olduğunu düşünür. Lakin Kurşevel, San Bartelemi, Qrenobl, Şamberi kimi bahalı kurortlarda münasib qiymətlərə hotel və xidmətlərdən istifadə etmək mümkündür: “Azərbaycan turistləri üçün əlverişli məqamın biri odur ki, Bakı-Paris marşrutu üzrə birbaşa sərnişin aviareysi mövcuddur”.
   Tədbirdə Fransanın turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri geniş təqdimatla çıxış ediblər. Qeyd edək ki, «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələrinin turizm şirkətləri arasında işçi görüşlərini təşkil edərək onlar arasında əlaqə yaradır. Bu ay ərzində «Atout France»ın Rusiya nümayəndəliyi analoji təqdimatları Kiyev, Yekaterinburq və Moskva şəhərlərində təşkil edəcək.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar