Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə birgə tədbir təşkil edib.
Tədbirdə muzeyin azyaşlı qonaqları – Faiq Rzayev adına 150 nömrəli tam orta məktəbin 2-ci sinif şagirdləri üçün teatrın repertuarından “Şəngülüm, Məngülüm” monotamaşası nümayiş olunub. Aktrisa Ülviyyə Əliyevanın ifasında tamaşa uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Muzeyin fondunda yer alan Z.Şıxlınskinin “Doğma diyar” filmində M.Rostropoviçin uşaq dövrünü canlandıran kadrlar nümayiş olunub.
Sonra uşaqlar üçün intellektual və əyləncəli oyunlar təşkil olunub, qaliblər mükafatlandırılıb. Sonda uşaqlara “Mc Donald`s Azərbaycan” şirkətinin hədiyyələri təqdim edilib.
Muzeyin kollektivi Azərbaycan Dövlət Kukla Teatrına və “Mc Donald`s Azərbaycan”a bu günü uşaqlar üçün yaddaqalan etdiklərinə görə təşəkkürünü bildirib.