Oktyabrın 12-də Azərbaycan və Avstriya prezidentləri İlham Əliyev və Haynts Fişerin iştirakı ilə iki ölkə arasında əməkdaşlıq sənədləri imzalanıb. 
   “Krems Tətbiqi Elmlər Universiteti və Azərbaycan Turizm İnstitutu arasında əməkdaşlıq haqqında saziş”i ATİ-nin rektoru Cəfər Cəfərov və Krems Universitetinin prezidenti Hayns Boyer imzalayıblar. Saziş iki təhsil ocağı arasında 2 illik magistr proqramının tətbiq olunmasını nəzərdə tutur. Proqram ingilis dilində tədris olunacaq və magistr pilləsinə daxil olan tələbələr əsasən Turizm və Otelçilik ixtisasına yiyələnəcəklər. Proqram 3 semestr akademik tədrisdən və 1 semestr tədqiqat işi və treninqdən ibarət olacaq. Magistrlər tədqiqat işi və treninq semestrini ya seçilmiş tədqiqat institutlarının birində, ya da Azərbaycanda və ya xaricdə fəaliyyət göstərən şirkətlərdə keçirə bilərlər.
   Xatırladaq ki, Turizm İnstitutu ilə Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında 2007-ci ildə Azərbaycan təhsil təcrübəsində ilk dəfə olaraq ikili diplom üzrə müqavilə imzalanıb. Bu əməkdaşlıq nəticəsində ötən il ATİ-nin 14, bu il isə 19 məzunu ikili diplom alıb.
   Bundan əlavə, Azərbaycanın SOCAR və Avstriyanın OMV şirkətləri arasında, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya Federal Nazirliyi arasında əməkdaşlıq memorandumu, iki ölkənin maliyyə nazirlikləri arasında saziş də imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar