İyunun 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil-Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova və muzeyin böyük elmi işçisi Əzirə Abdullayeva çıxış edərək tədbirə qatılan uşaqlara xoş arzularını çatdırıblar.
“Nur” uşaq xorunun ifasında (dirijor və bədii rəhbər Mələk Vəlizadə) tamaşaçılara rəngarəng musiqi kompozisiyası təqdim olunub.