Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Anar Kərimov tərəfindən 2022-ci il iyunun 16-da saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

Vətəndaşlar 12 iyuna qədər nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493 30 02 telefon nömrəsi vasitəsilə və “Whatsapp” xidmətinə  (077 714 71 47) müraciət etməklə qəbula yazıla bilərlər.