İyunun 3-də Almaniyadan gələn qonaqlar – əslən Cənubi Azərbaycandan olan Firişte Şahbazi və doktor İrine Şmidt Milli Kitabxanada olublar.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqlarla görüşək, kitabxananın tarixi, fondu, beynəlxalq əlaqələri, həyata keçirilən layihələr haqqında məlumat verib.
Firişte Şahbazi və İrine Şmidt səfərdən məmnunluqlarını ifadə edərək çoxdan Azərbaycana gəlmək, bu ölkənin təbiətini, mədəniyyət və tarixi abidələrini görmək arzusunda olduqlarını deyiblər.
Kərim Tahirov qonaqlara “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını və “Bakı” suvenirini qonaqlara hədiyyə edib.
Qonaqlar kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi”, “Açıq kitabxana” bölmələrinə baş çəkib, kitabxana fondu ilə tanış olublar.