Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “Bakı xanları” parkında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Tədbir çərçivəsində “Şuşa uşaqların gözü ilə” adlı sərgi açılıb. Sərgidə məktəbin 20-dən çox şagirdinin 70-ə yaxın rəsm əsəri nümayiş etdirilib.
Məktəbin direktoru, Əməkdar artist, dosent Əziz Qarayusifli çıxış edərək uşaqları əlamətdar gün münasibətilə təbrik edib.
Sonra məktəbin tar və vokal sinfi şagurdlər, eləcə də rəqs qrupları müxtəlif musiqi nömrələrini ifa ediblər.
“İçərişəhər” Muzey Mərkəzinin direktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova çıxış edərək tədbirə görə təşəkkürünü bildirib.
Sonda konsert və sərgi iştirakçılarına diplomlar təqdim edilib.
Tədbirin təşkilatçısı məktəbin rəsm müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Şixəliyeva, aparıcısı məktəbin müəllimi, musiqişünas Leyla Həsənova olub.