Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə həyata keçirdiyi "Sosial müdafiənin inkişafı” layihəsi çərçivəsində turizm sektoru üzrə nümunəvi peşə standartlarının hazırlanmasına başlanılıb.
   Nazirlikdən verilən məlumata görə, layihənin "ISCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartlarının və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində turizm sektoru üzrə sahə komissiyasının iclasında 12 nümunəvi peşə standartı layihə variantı təqdim edilib. Həmin standartlar hotel meneceri, konsyerj (hotelin əlavə xidmət satışını təmin edən və qonaqlara xidmət göstərən əməkdaş), təmizlik xidməti üzrə menecer, təsərrüfat işləri üzrə nəzarətçi, barmen, ekskursiya bələdçisi, səyahət xidmətləri, istehlakçılara xidmət və satış üzrə mütəxəssis, satış və marketinq üzrə mütəxəssis, veb master, restoran rəhbəri, mədəniyyət və idman zallarının rəhbəri, attraksion müdiri peşələridir.
   Turizm sektoru üzrə növbəti mərhələdə hazırlanması nəzərdə tutulmuş 25 nümunəvi peşə standartının siyahısı da razılaşdırılmaq üçün komissiya üzvlərinə təqdim edilib.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar