Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsinə qoşulan tələbə gənclər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında növbəti tamaşaya baxıblar. İyunun 7-də teatrda Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası nümayiş olunub.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti, rejissor Cənnət Səlimova, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır.
Səhnə əsərində rolları Əməkdar artistlər Şövqi Hüseynov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Nahidə Orucova, Nadir Xasiyev, aktyorlar Möylə Mirzəliyev, Aydan Həsənova, Şaban Cəfərov, Hüseyn Əlili, Elxan İsmayılov, Əliməmməd Novruzov, Elməddin Dadaşov, Təranə Əliyeva, Fərid Rzayev, Cəbrayıl Cəbrayılov, Əli Kərimov, Murad Əliyev, Rüstəm Rüstəmov, Rahib və Nuray Məmmədzadələr ifa ediblər.
Qeyd edək ki, bundan öncə “Mədəni gənclik” layihəsi çərçivəsində Akademik Musiqili Teatrda Viktor Hüqonun “Paris Notr-Dam” əsərinin motivləri əsasında rejissor Samir Qulamovun quruluşunda hazırlanan “Paris Notr-Dama ithaf” tamaşası göstərilmişdi.
Yeri gəlmişkən, iyunun 11-də teatrda “O olmasın, bu olsun” tamaşasının daha bir nümayişi olacaq.