Çilinin "Ærea. Revista Hispanoamericana de Poesía" ədəbiyyat jurnalında Dövlət Tərcümə Mərkəzinin "Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə" layihəsi çərçivəsində Nizami Gəncəvinin ispan dilinə tərcümə olunmuş "Yeddi gözəl" poemasından "Peyğəmbərin meracı" hissəsini dərc edilib.

Dahi Azərbaycan şairinin “Xəmsə”sində dördüncü poema olan "Yeddi gözəl"dən  parçanı ispan dilinə tanınmış tərcüməçi Karmen Linares çevirib.

2001-ci ildən fəaliyyət göstərən jurnal İspaniya və Kolumbiyada geniş oxucu auditoriyası toplamaqla yanaşı, ABŞ-ın ali təhsil ocaqlarında ispan dilli ədəbiyyat üzrə tədris proqramlarına daxil edilir. Jurnalın baş redaktoru Argentina şairi Daniel Kalabresedir.

Link:  http://www.aepoesia.com/p/inicio.html