Azərbaycanın qədim tarixə, təbii gözəlliyə malik məkanlarından biri də İsmayıllı rayonunun Basqal kəndidir. Kənd özünün qədim sənətkarlıq ənənələri ilə də diqqəti cəlb edir.
Təsadüfi deyil ki, “Turizm ili” ilə bağlı Tədbirlər Planında Basqal kəndiylə bağlı xüsusi bənd yer alıb. Tədbirlər Planının 38-ci bəndində yerli və xarici turistlər üçün cəlbedici nümayiş obyekti kimi «Basqal» etnoqrafik kənd layihəsinin yaradılması, müvafiq tarix-mədəniyyət obyektlərinin bərpası və müvafiq beynəlxalq nominasiyaya təqdim edilməsi əksini tapıb.
Artıq bununla bağlı müəyyən işlərə start verilib. Basqal kəndi qoruq elan edilib və burada tarix-mədəniyyət qoruğu yaradılıb. Əlbəttə, bütün bunlar turizmlə bağlı nailiyyətləri təmin edən əsas amillərdəndir. Basqalın küçələri, evləri yenidən qurulacaq. Kənddə muzey, mədəniyyət mərkəzi yaradılacaq.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun aparıcı məsləhətçisi Təranə Qəmbərovanın sözlərinə görə, Basqal dövlət tarixi mədəniyyət qoruğunun ərazisində turizm mərkəzi və etnoqrafik model kənd yaradılması üzrə dövlət proqramının layihə variantı hazırlanır: “Layihədə ərazinin tarixi hissəsinin qoruq elan edilməsi planlaşdırılır. Həmin ərazinin əvvəlki tarixi görkəminə qaytarmaq istiqamətində bərpa işləri aparılacaq. Bu məqsədlə Basqal kəndində turizm infrastrukturu yaradılacaq».
Kəndin mərkəzində - «Bazar meydanı» və ya «Bazardüzü» adlanan ərazidə də abadlıq işləri görüləcək: «Bazardüzünün yaxınlığında iki məsciddən hazırda biri fəaliyyət göstərir. 30 il əvvəl yanğından sonra fəaliyyətini dayandıran XVII əsr məscidinin, kənddəki qədim hamamın bərpası nəzərdə tutulub. Həmçinin kənddə turistlər üçün kiçik hotelin tikilməsi və müvafiq infrastrukturun yaradılması da layihəyə daxildir».
Basqal kəndi tarixən rəngarəng kəlağayıları ilə də tanınıb. Hazırda Şəkidə istehsal olunan kəlağayıların üzərinə Basqalda ustalar tərəfindən naxışlar vurulur.
Layihə çərçivəsində həyata keçiriləcək işlərdən biri də sənətkarlıq ənənələrini dirçəltmək və yaşatmaqdır. Nazirlik əməkdaşı mövcud emalatxanaların təmiri, daha rahat istifadəsi üçün uyğunlaşdırılması və s. işlərin nəzərdə tutulduğunu da diqqətə çatdırdı: «Ən başlıca hədəfimiz ərazinin geniş turizm məkanına çevrilməsidir”.
Model kənd özündə nələri ehtiva edir?
Söhbət əsnasında ortaya maraqlı sual çıxır. Etnoqrafik kənd layihəsi təcrübəsi harada mövcuddur və bu ölkəyə hansı faydanı verə bilər? T.Qəmbərovanın sözlərinə görə, bu layihəyə nümunə kimi Gürcüstanın Siqnaqi kəndini göstərmək olar: «Bu kənd orta əsrlər tarixini özündə yaşadır. Dünyanın hər yerindən oraya turistlər gəlir. Turizmdən əldə edilən gəlir sayəsində ərazinin iqtisadi inkişafı da təmin edilir. Azərbaycanda Lahıc kəndi də buna bənzərdir. Layihənin icrası bitəndən sonra Basqalda “Etnoqrafik kənd” layihəsi modeli reallaşacaq».
Buradan belə nəticəyə gəlmək olar ki, hər hansı bir məkanda tarixi abidələrin çoxluğu həm də həmin ərazidə turizm imkanlarının çoxluğu deməkdir. Məsələn, Basqalda xeyli qədim evlər var. Bundan başqa küçələr orta əsr küçələri kimi daş döşənmiş formadadır. Sadəcə, onların bərpasına ehtiyac var: “Bu layihə həyata keçirilsə, o halda etnoqrafik kənd turizmindən əldə edilən gəlir sayəsində kənddə sənətkarlığa maraq da artacaq. Sənətkarın maddi marağı olduqca, o istər-istəməz həvəslənəcək, nəticədə kənddə sənətkarlıq da inkişaf edəcək».
Mehparə