A.N.Radişşev adına Saratov Dövlət Rəssamlıq Muzeyində XX əsr Azərbaycan rəssamlarının yaradıcılığına həsr olunmuş “Azərbaycanın rəngli yuxuları” adlı sərgi açılıb.
Sərgidə Radişşev muzeyinin, “Mərcani” Fondunun və Mixail Arefyevin kolleksiyasına daxil olan rəsm əsərləri, qrafika və xalçalar nümayiş olunur. Ekspozisiyaya 35 azərbaycanlı rəssamın, o cümlədən Səttar Bəhlulzadə, Nadir Əbdürrəhmanov, Mikayıl Abdullayev, Tofiq Cavadov, Mirnadir Zeynalov, Toğrul Nərimanbəyov, Rasim Babayev, Qəyyur Yunus və digərlərinin 100-dən çox əsəri daxil edilib.
Sərgi avqustun 31-dək davam edəcək.