Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 10 nömrəli Musiqi məktəbində hesabat konserti keçirilib.
İdarədən bildirilib ki, tədbir “Şuşa İli”nə və musiqi məktəbinin 70 illiyinə həsr olunub.
Məktəbin tədris işləri üzrə direktor müavini Sədaqət İsmayılova konsertdən öncə çıxış edərək xalqımızın ona tarixi Zəfəri yaşadan Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzla, qəhrəman şəhidlərimiz və igid qazilərimizlə fəxr etdiyini vurğulayıb.
Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin müəllimi Xuraman Nağıyeva müəllifi olduğu qarmon üçün dərs vəsaitini məktəbə hədiyyə edib.
Daha sonra məktəbin xor kollektivi, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar ansamblı, eləcə də müvafiq ixtisaslar üzrə şagirdlər maraqlı və rəngarəng musiqi nömrələri ilə çıxış ediblər.
Sonda məktəb müəllimlərinin ifasında “Çahargah rəngi” səslənib.