Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin dəstəyi ilə turizm sektorunda çalışanlar üçün yemək-içmək servisi, mehmanxana xidməti üzrə təlim-tədris kursları keçiriləcək. Kurslar ölkə prezidentinin 2011-ci il 20 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 16-cı bəndinə (Turizm şirkətlərində, mehmanxana və restoranlarda çalışanların peşə hazırlığını artırmaq üçün ixtisaslaşdırılmış treninqlərin keçirilməsi) uyğun olaraq təşkil olunur.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, Azərbaycan Turizm İnstitutunda keçiriləcək treninqlər noyabrın 15-dən 25-dək davam edəcək. Kurslar 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» musiqi yarışması nəzərə alınaraq, daha böyük qrup üçün nəzərdə tutulur. Kurslarda 200 nəfərə yaxın turizm sahəsində çalışan masa xidmətçiləri, qeyd-qəbul işçiləri, hotel menecerləri və xadimələr iştirak edəcəklər.
   Qeyd edək ki, bu tipli kursların növbəti illərdə təkcə Bakıda yox, regionlarda fəaliyyət göstərən mehmanxanaların əməkdaşları üçün keçirilməsi nəzərdə tutulur.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar