Müasir Psixologiya Mərkəzinin təşəbbüsü, Azərbaycan Müdafiə Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Müasir Psixoloji Dəstək İctimai Birliyinin dəstəyi ilə “Zəfər – sağlamlıq" proqramı keçirilib. Proqramın əsas məqsədi şəhid analarının psixoloji və fizioloji durumlarının yoxlanılması və yaxşılaşdırılmasıdır.

Qəhrəmanlarımızın analarını həkimlər – psixoloq Aidə Sübhan, ginekoloq Vüsalə Əsgərova, nevroloq Raisə Tahirova müayinə ediblər. İnteraktiv təbabət üzrə professor Yaşar İbadov şəhid analarını biorezonans diaqnostikadan keçirib.

Müasir Psixologiya Mərkəzində keçirilən aksiyada millət vəkili Jalə Əhmədova, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, psixoloq Rövşən Nəcəfov, VMR estetik klinikasının rəhbəri Gülsüm Əliyeva iştirak ediblər.

Xeyriyyə aksiyasının gələcəkdə davam etdirilməsi nəzərdə tutulub.