Azərbaycan Turizm İnstitutunda “Turizmdə geoinformasiya sisteminin tətbiqi və regional turizmin inkişafı” layihəsi çərçivəsində Gomap.az sisteminə qoşulacaq Simens-Gədəbəy marşrutu elektron turist informasiya sisteminin təqdimatı keçirilib. ATİ-dən bildiriblər ki, Almaniyanın Jade Universitetinin alim və tələbələrinin iştirak etdikləri tədbirdə prorektor Eldar Aslanov iki ölkənin ali təhsil ocaqları arasındakı əlaqələrin inkişafından, həmçinin layihənin əhəmiyyətindən danışıb.
   Qeyd olunub ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Simens qardaşları məhz Gədəbəy rayonundakı mis mədənlərini sənaye üsulu ilə istismarından ötrü dörd körpüdən dəmir yol xətti kimi istifadə ediblər. Zaman keçdikcə bu tarixi abidələr erroziyaya uğramış, mövcud funksiyalarını, eləcə də görünüşlərini qoruyub saxlaya bilməmişlər. Ötən əsrlərdə alman iş adamlarının çalışdığı Gədəbəy mis mədəninin inzibati binasının və dörd körpünün Gomap.az sisteminə cəlb olunması, 3D modelinin yaradılması Azərbaycanın bu bölgəsində turizm potensialının geniş təbliği, eləcə də alman turistlərin Gədəbəy regionuna cəlb edilməsi üçün mühüm vasitə sayıla bilər.
   Təqdimat mərasimində geoinformasiya və turizm mütəxəssisləri ilə birlikdə beynəlxalq yay məktəbinin təşkili məsələləri də müzakirə olunub.
   
   







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar