Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) iyunun 20-də növbəti fərdi jurnalist müsabiqəsi elan edib.

MEDİA-dan verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada və ya kağız daşıyıcıda təqdim edilir.

Müsabiqəyə elan gününədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materiallar qəbul olunur.

Jurnalistlər çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edə bilərlər:

– ən yaxşı reportaj;

– ən yaxşı ictimai-siyasi təhlil;

– ən yaxşı sosial-iqtisadi təhlil;

– ən yaxşı müsahibə;

– ən yaxşı mədəniyyət materialı;

– ən yaxşı köşə yazısı;

– ən yaxşı jurnalist araşdırması;

– ən yaxşı oçerk.

Müsabiqəyə müraciət qəbulu 1 iyul 2022-ci il saat 18:00-dək davam edəcək.

Qayda və şərtlər barədə ətraflı məlumat bu linkdə:

https://media.gov.az/page/competition-rules