Mədəniyyət və Turizm Nazirliyi gələn il respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə 18 beynəlxalq turizm sərgisində iştirak edəcək. Gələn il ölkəmizin təmsil olunacağı ilk sərgi yanvarın 12-15-də Avstriyada (Vyana) keçiriləcək \"Ferien Messe\" olacaq. \"Times Travel Show\" adlı növbəti sərgi yanvarın 27-29-da ABŞ-da, \"CMT\" sərgisi yanvarın 14-22-də Almaniyada (Ştuttqart) keçiriləcək.
   Azərbaycan gələn il fevralın 9-12-də Türkiyədə (İstanbul) \"EMİTT\", fevralın 16-19-da İtaliyada (Milan) \"BİT\", martın 2-4-də Litvada (Vilnüs) \"Vivattur\", martın 7-11-də Berlində keçiriləcək \"İTB\", martın 21-24-də Rusiyada (Moskva) \"MİTT\", aprelin 14-16-da Gürcüstanda (Tiflis) \"Caucasus Tourism Fair\", aprelin 13-15-də Polşada (Varşava) \"LATO Fair\", 30 aprel-3 may tarixində Birləşmiş Ərəb Əmirliyində (Dubay) \"ATM\" sərgilərinə də qatılacaq.
   Bundan əlavə, ölkəmizin turizm potensialı iyunun 14-17-də Çində (Honq-Konq) \"İTE and MİCE\", iyunda Şanxayda \"İnternational Luxury Travel Market\", Koreyada (Seul) \"KOTFA\", sentyabrın 18-21-də Fransada (Paris) \"Top Resa\", sentyabrın 20-23-də Yaponiyada (Tokio) \"JATA\", oktyabrda Ukraynada (Kiyev) \"İnternational Ukraine Travel Market\", noyabrın 5-8-də Britaniyada (London) \"WTM\" sərgilərində nümayiş olunacaq.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar