Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyi və 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin təsviri sənət qalereyasının birgə təşkilatçılığı ilə “Qarşıla bizi, Şuşa!” adlı rəsm müsabiqəsinin sərgisi keçirilib.
“Şuşa İli” çərçivəsində gerçəkləşən sərgidə mərkəzin 7-16 yaş arası şagirdlərinin Şuşanın gözəlliyini tərənnüm etdikləri rəsmlər, dekorativ-tətbiqi sənət nümunələri, bədii şüşə, portretlərdən ibarət 75 əl işi nümayiş olunub.
Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdi Ə.Məmmədzadənin ifasında A.Dvorjakın “Yumoreska” əsəri səsləndirilib.
Rostropoviçlərin ev-muzeyi tərəfindən müsabiqə iştirakçılarına diplom və təşəkkürnamələr təqdim edilib.