İyunun 24-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında ingilis dramaturqu, “vəziyyət komediyası”nın ustası Rey Kuninin “Qarışıqlıq” əsəri əsasında səhnələşdirilmiş “Kişi, qadın, pəncərə... məşuq” adlı tamaşa nümayiş olunacaq.
Teatrın repertuarındakı maraqlı nümunələrdən olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, rəssamı Aleksandr Fyodorov, musiqi tərtibatçısı Vladimir Neverovdur.
Qeyd edək ki, tamaşa qəhrəmanların aramsız olaraq düşdüyü ekssentrik situasiyalar kaleydoskopudur. İngiltərə parlamentinin üzvü ser Uilli beşulduzlu hoteldə öz siyasi opponentinin yaraşıqlı katibəsi Ceynlə xoş bir axşam keçirmək niyyətindədir. Pəncərələri “Biq-Ben”ə baxan 13 nömrəli otaqda gərginliklər məhz həmin rəqəmin ucbatından başlayır...