Müstəqil “Şah Mat” teatrıTürkiyənin Dənizli şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycanı təmsil edib. Yaradıcı kollektiv festivalda rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında hazırlanan “Üstdəki dərinliklər” adlı tamaşa ilə qatılıb.

“Çatalçeşme” kamera teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.

Rolları Anar Bulud, Fərid Vəliyev, Anar İbrahimov, Səid Abbasov, Orxan Abışov oynayırlar.

Absurd üslubunda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Üç nəfər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olur. Sonda müsbət xarakter kimi qələmə verilən "Ağ qüvvə" onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.