Ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunda fəlsəfə doktoru adı almaq üçün dissertanturaya sənəd verən namizədlərin imtahanla seçimi başa çatıb. İnstitutdan verilən məlumata görə ki, qəbul zamanı ixtisas uyğunluğu, xarici dil bilmə qabiliyyəti, namizədlərin fəaliyyətlərinə müvafiq apardıqları tədqiqatları şərtləndirən elmi məqalələrin, eləcə də çıxış üçün təqdim olunmuş materialların dərci, müxtəlif konfranslarda iştirakı, elmi-pedaqoji fəaliyyəti əsas göstəricilər hesab olunub.
ATİ-yə doktorantura proqramı üzrə sənəd verən namizədlərdən 9 nəfəri əyani və qiyabi şöbəyə, 7 nəfəri isə dissertanturaya qəbul olunub. Bununla da ATİ-də doktoranturaya qəbul uğurla yekunlaşıb.
Qeyd edək ki, institutda 8 ixtisas üzrə 17 yerə 29 nəfər sənəd vermişdi. Sənəd verənlər ATİ-nin əməkdaşları və ayrı-ayrı dövlət orqanlarında, ali məktəblərdə, həmçinin Mədəniyyət və Turizm Nazirliyi sistemində gənc mütəxəssis kimi işləyən şəxslərdir.
Fəxriyyə Abdullayeva