Bakı Uşaq və Gənclər Teatrı türk yazarı A.Ercan Tulunayın əsəri əsasında Sərdar Gözəlovun quruluş verdiyi “Xəzinələr adası” tamaşanın premyerasını keçirib.
Teatr hər il mövsümü iki səhnə əsəri – uşaqlar və böyüklər üçün tamaşalarla bağlayır. Azərbaycan Dövlət Kukla Teatrında baş tutan premyera həm də kollektivin bu mövsümdə son uşaq tamaşası olub.
Balaca, dəcəl qızcığaz Maviş yazışı olmaq istəyir. Tamaşada balacalara “hər kəs öz taleyinin yazarıdır” fikri aşılanır, uşaqlara maarifləndirici mesajlar verilir.
Rolları Gülər Ləzgiyeva, Könül Şahbazova, Türkan Şahmarlı, Aytən Səfərova, Ədalət Ağaverdizadə, Qurban Əhmədov, Gülnar Əlizadə, Toğrul İsabəyli, Orxan Məmmədov, Emin Balayev ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Yusif Rüstəmovdur.
Bakı Uşaq və Gənclər Teatrı tamaşanın nümayişi üçün yaradılan şəraitə görə Azərbaycan Dövlət Kukla Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.