Oktyabrın 31-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Qurumun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli görülmüş işlər barəsində məlumat verərək bildirib ki, avqustun 1-dən oktyabrın 31-dək davam edən layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının köməyi ilə reallaşıb. Onun sözlərinə görə, layihənin keçirilməsində məqsəd Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, abidələrin qorunmasına kömək etməkdən ibarətdir.
   Layihə çərçivəsində arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunub, “Azərbaycanın inciləri” bukleti nəşr edilib.
   F.Xəlilli qeyd edib ki, «Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği» layihəsi çərçivəsində “Azərbaycan abidələr diyarıdır” qısametrajlı sənədli filmi də çəkilib. Yaxın vaxtlarda bu filmin müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunması nəzərdə tutulur.
   Layihənin davamlı olması üçün yaradılmış archaeotourism.az xüsusi internet səhifəsində tarixi abidələr, adət-ənənələr və incəsənətimizin nümayiş olunması ilə yanaşı, həm də arxeoturizmin imkanları da təbliğ edilir.
   Tədbirdə “Azərbaycan abidələr diyarıdır” filmi nümayiş olunub. Sonda iştirakçıları maraqlandıran suallar layihə müəllifləri tərəfindən cavablandırılıb.
   

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar