Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iyunun 29-da bəstəkar, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova ilə görüşüb.

Elnarə Dadaşovanı 70 illik yubileyi münasibətilə təbrik edən Elnur Əliyev ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıb.

Bəstəkar ona göstərilən diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.