Beynəlxalq onlayn elmi konfrans

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində “Mədəniyyət: problemlər və perspektivlər” mövzusunda doktorant və gənc tədqiqatçıların XV beynəlxalq elmi konfransı təşkil edilib.

“Şuşa, sən azadsan!” devizi ilə onlayn formatda keçirilən konfransın plenar iclasını ADMİU-nun prorektoru, dosent Sədaqət Əliyeva açaraq gənc tədqiqatçılara uğurlar arzulayıb. Qeyd edib ki, mədəniyyət xalqın mənəviyyatını təyin edən amillərdən biridir. Bu sahədə gənc tədqiqatçıların araşdırmalarının böyük rolu var.

Diqqətə çatdırılıb ki, elmi konfransa Qazaxıstan, İran, Türkiyə və başqa xarici ölkələrdən, eləcə də müxtəlif yerli ali təhsil ocaqlarının gənc doktorant və dissertantları tərəfindən çox sayda məqalə-məruzələr təqdim edilib.

Professorlar Qasım Hacıyev, Qabil Əliyev Şuşanın tarixi və xalqımız üçün əhəmiyyətindən danışıblar. Şuşanın tarixinin, mədəniyyətinin, maddi-mənəvi sərvətlərinin gənc tədqiqatçılar tərəfindən araşdırılmasının vacibliyi vurğulanıb.

Dublin Universitetinin doktorantı Baha Əhməd Yılmaz, konfransa Ukraynadan qatılan professor, sosial kommunikasiyalar üzrə elmlər doktoru Anastasiya Bessarab, Bakı Xoreoqrafiya Akademiyasının müəllimi Eteri Cəfərova və başqaları çıxış ediblər.

Konfransın bölmə iclaslarında doktorant və gənc tədqiqatçıların məruzələri dinlənilib, suallar cavablandırılıb.