M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlayıb.
Kitabxanadan bildirilib ki, sərgidə Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XVIII-XIX əsrlərdə istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntülər və qısa tarix əksini tapıb.
Virtual sərgi ilə bu linkdə tanış olmaq olar: http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm