Bu ilin sonuna qədər Azərbaycandakı bütün hotellər onlayn bronlaşma şəbəkəsinə qoşulacaq. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, artıq üç ildir ki, hotellərdə yerləri onlayn sifariş etmək imkanı var: «Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə türkiyəli mütəxəssislər tərəfindən “HotelToweb” internet portalı bir neçə ildir fəaliyyət göstərir. Bu portal Azərbaycanın turizm məhsullarını dünyada turizmlə məşğul olan 600 min agentlik vasitəsilə təbliğ etmək imkanına malikdir. Portal qiymətlərin və xidmətlərin də tarazlığına kömək edir. Düzdür, hələlik bəzi hotellər bu şəbəkəyə qoşulmaqdan çəkinirlər. Düşünürəm ki, ilin sonuna qədər bütün hotellər bu şəbəkəyə qoşulacaqlar və bu xidmətin tətbiqi tamamlanacaq. Bu, həm də \"Eurovision-2012\" və digər beynəlxalq tədbirlərin keçirilməsi üçün vacib amildir».
   Qeyd edək ki, “HotelToweb” internet portalı dünyanın ən yaxşı elektron sifariş sistemlərindən biri olaraq böyük imkanlar təklif edir. Bu sistem on-line satış və idarəetmə mexanizmi (Booking Engine), dünyada qlobal tənzimləmə şəbəkəsinə (GDS) sürətli bağlanmaq imkanı, baza və sifariş mexanizminə malikdir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar