Noyabrın 12-13-də Bolqarıstanın paytaxtı Sofiyada Milli və Dünya İqtisadiyyatı Universitetində “XXI əsrdə turizmin problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib. Turizm İnstitutunun mətbuat xidmətindən qəzetimizə daxil olan məlumata görə, adıçəkilən universitetin “Turizm iqtisadiyyatı” kafedrasının 20 illik yubileyinə həsr edilən tədbirdə ATİ-nin 4 əməkdaşı - dosent Bahadur Bilalov və müəllimlər Qəhrəman Yusupov, Şəmsiyyə Tahirbəyova və Rəfiqə Nəcəfova iştirak edib. Dünyanın 5 ölkəsindən müxtəlif ali məktəblərin təmsilçiləri konfransda müasir şəraitdə turizmin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüblər. Turizm İnstitutu əməkdaşlarının ölkə turizminə həsr olunmuş məruzələri iştirakçıların böyük marağına səbəb olub. Onlar iştirakçılar tərəfindən verilən çoxsaylı sualları hərtərəfli cavablandırıblar.
   Beynəlxalq konfrans iştirakçılarından - Fransadakı Sahilyanı Opal Coast Universiteti, Tiflis Dövlət Universitetinin Beynəlxalq Turizm kolleci nümayəndələri Azərbaycan Turizm İnstitutu ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
   
   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar