Böyük Britaniyanın paytaxtı Londonda keçirilən «World Travel Market 2011» beynəlxalq turizm sərgisi çərçivəsində noyabrın 8-də dünya ölkələrində fəaliyyət göstərən skal klubları rəhbərlərinin toplantısı olub. Londonun «Crown Plaza» hotelində baş tutan toplantıda “Skal İnternational”ın Bakı klubunun prezidenti Ruslan Quliyev də iştirak edib.
   
   Müxtəlif mövzuların müzakirəsinə həsr olunmuş toplantıda R.Quliyev geniş məruzə ilə çıxış edib. Klub rəhbəri çıxışında son 10 ildə Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlardan danışıb, eyni zamanda 2011-ci ilin ölkəmizdə «Turizm ili» elan edilməsi, bununla bağlı görülən işlər, həyata keçirilən layihələr barədə həmkarlarına məlumat verib.
   «Skal Bakı»nın prezidenti toplantı iştirakçılarına Azərbaycanın turizm potensialının təbliğinə həsr edilmiş müxtəlif reklam-çap məhsulları və hədiyyələr də təqdim edib.
   Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatında çap olunmuş “Baku Mini Visitors’ Guide” bələdçi kitabı skalçıların xüsusi marağına səbəb olub.
   R.Quliyev «Skal Bakı»nın uğurlarından da söz açıb, yarandığı az vaxt içərisində təşkilatın dünyanın bir çox ölkələrində fəaliyyət göstərən skal klubları ilə yaxından əməkdaşlıq əlaqələri qurduğunu nəzərə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurum turizm sahəsində tədrisin inkişafına verdiyi töhfəyə görə Mədəniyyət və Turizm Nazirliyinin mükafatına layiq görülüb. Dünya skal klublarının təmsilçiləri «Skal Bakı»nı əldə etdiyi uğurlarına görə təbrik ediblər.
   Qeyd edək ki, «Skal İnternational Baku» öz yaranışı və tarixi ilə önəmli bir rola malikdir. Belə ki, bu təşkilat «Skal İnternational» beynəlxalq turizm təşkilatının postsovet məkanında və Qafqazda yeganə klubudur.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar