Noyabrın 22-də Azərbaycanda turizm sahəsi üzrə statistik məlumatların toplanması sistemi və metodologiyasının təkmilləşdirilməsi məqsədilə Dünya Turizm Təşkilatının ekspertlərinin iştirakı ilə Bakıda regional seminarlar işə başlayacaq.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, tədbir statistik məlumatların toplanılması sisteminin təkmilləşdirilməsi nəticəsində daha dəqiq hesablamaların aparılması məqsədilə keçirilir. Bunun üçün xarici ölkələrin təcrübəsindən də istifadə ediləcək. Seminarlarda region ölkələrindən də nümayəndələrin iştirakı nəzərdə tutulur.
   Qeyd edək ki, Azərbaycan Dünya Turizm Təşkilatına üzv olduqdan sonra Mədəniyyət və Turizm Nazirliyi bu qurumla geniş əməkdaşlıq edir. Ölkəmizdə statistika işində əldə olunan nəticələrdə bu beynəlxalq təşkilatın böyük rolu var. 2001-ci ildən nazirlik tərəfindən toplanan turizm üzrə bütün rəqəmlər DTT-yə təqdim edilir. Onlar da öz növbəsində bu rəqəmi turizm-hesabat kitabına daxil edirlər. Bu kitabda dünya ölkələrinin turizm fəaliyyətinə dair statistika çap edilir. Mədəniyyət və Turizm Nazirliyi və Statistika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində bu hesablama işləri bir qədər də təkmilləşdirilib. Statistika sahəsində müəyyən təhlillər aparılıb. DTT ekspertlərinin iştirak edəcəyi seminarlar bir neçə həftə davam edəcək.
   
   F.Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar