Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 53-cü ildönümü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində iyulun 14-də “Milli dirçəlişin təməl tarixi” mövzusunda tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi ilə birgə təşkil olunan tədbirin iştirakçıları əvvəlcə mərkəzin muzey bölmələri ilə tanış olublar. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında onlara məlumat verilib.

Mərkəzin əməkdaşı Mayrux Cavadova “Milli dirçəlişin təməl tarixi” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra ümummilli liderin fəaliyyətini əks etdirən film nümayiş olunub.

Mədəniyyət mərkəzinin “Oğuzlar” folklor ansamblının üzvləri Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş şeir və mahnılar oxuyublar.