2020-ci ilin Tovuz döyüşlərinin (12-17 iyul) ikinci ildönümü ölkəmizdə müxtəlif tədbirlərlə qeyd olunur. Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Tovuz döyüşlərinin ildönümünə həsr olunmuş “Şanlı Qələbəmizə gedən yol” adlı fotosərgi açılıb.

Baş idarədən bildirilib ki, Xətai rayon MKS-nin şöbə müdiri Türkan Cabbarova Tovuz döyüşlərinin 44 günlük Vətən müharibəsində Qələbəmizə gedən yolun başlanğıcı olduğunu qeyd edib.

Sonra oxucular sərgi ilə tanış olublar.