Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Romada yerləşən “Sandro Teti” nəşriyyatının təsisçisi Sandro Teti və bir qrup nümayəndə heyəti ilə görüşüb.

Fonddan bildirilib ki, görüşdə “Sandro Teti” nəşriyyatı ilə mövcud tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub. Fond tərəfindən İtaliyada “Sandro Teti” nəşriyyat evi ilə əməkdaşlıq çərçivəsində çap olunan “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” və “Nəsimi poeziyası” kitabları ümumtürk irsinin təbliğində mühüm addım kimi dəyərləndirilib. Təşkilat tərəfindən bu istiqamətdə görülən işlərin Avropada da maraqla qarşılandığı vurğulanıb.

Görüşdə Türk dünyasının dahi şəxsiyyətlərinin irsinin tanıdılması yönündə kitabların nəşrinin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.