Azərbaycan Respublikasının Əməkdar artisti Mövsüm Turbəndə oğlu Hüseynov uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. 1980-85-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirərək 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1997-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. 2010-cu ildən bu günədək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib. Mövsüm Hüseynov 16 oktyabr 2018-ci ildə  Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Fəaliyyəti dövründə “Hücum”, “Qəzəlxan”, “Yük”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Otel otağı” və s. filmlərə çəkilmiş, teatr səhnəsində onlarla obraz canlandırıb.

Sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!