Noyabrın 24-dən 27-dək Türkiyənin Trabzon şəhərində II Qara dəniz Turizm və Səyahət Sərgisi keçiriləcək. 
   Türkiyədən və qonşu ölkələrdən 100-dən çox şirkət və agentliyin iştirak edəcəyi sərgidə Azərbaycanı “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi təmsil edəcək.
   İctimai Birliyin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhərinin yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb, XVIII əsrə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Trabzon sərgisində də həmin materialların nümayişi nəzərdə tutulur. İctimai Birlik həmçinin avqust-oktyabr aylarında “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsini həyata keçirib. Sərgidə bu layihə çərçivəsində görülmüş işlərin nəticələri, “Azərbaycan inciləri” bukleti təqdim olunacaq, “Azərbaycan abidələr diyarıdır” filmi nümayiş etdiriləcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar