Noyabrın 25-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzi və “Millennium Tourism & Congress”in birgə həyata keçirdiyi “Baku City Tour - Bakı Şəhər Turu” layihəsinin bir ilinin tamam olması ilə bağlı tədbir keçiriləcək.
   Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncovun bildirdiyinə görə, Azərbaycanın turizm potensialının və mədəni irsinin daha geniş təbliği, gənc turist bələdçilərinin professional səviyyəsinin artırılması məqsədilə ötən ilin noyabrından reallaşdırılan “Baku City Tour - Bakı Şəhər Turu” layihəsi dünya təcrübəsinə əsaslanır. İndiyə qədər Paris, Dubay və digər şəhərlərdə belə bir təcrübə tətbiq edilib və effekti də yüksək olub.
   Şəhər gəzintisi hər gün səhər saat 12-də “Azadlıq” meydanında başlayır və təqribən 5 saat müddətində şəhərin gəzməli-görməli yerlərini əhatə etməklə Opera və Balet Teatrının yanında başa çatır. Ekskursiya rus, ingilis, fars və türk dillərində aparılır. Mütəmadi olaraq Turizm İnstitutunun tələbələrinin də cəlb oluduğu layihədə Bakıda fəaliyyət göstərən mehmanxanalar, restoranlar, turizm şirkətləri, nəqliyyat qovşaqları, xarici ölkə nümayəndəlikləri və şirkətləri aktiv iştirak edir. Layihənin həyata keçirilməsinin bir ilinin tamam olması ilə bağlı keçiriləcək tədbirə KİV nümayəndələri də dəvətlidir. Tədbirə noyabrın 25-də saat 12-də “Hilton” mehmanxanasının qarşısından start veriləcək. 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar