Mədəniyyət naziri Anar Kərimov “Şuşa İli” çərçivəsində reallaşan “ArtCamp Shusha”  beynəlxalq layihəsində iştirak edən xarici və yerli rəssamların çəkdikləri əsərlərlə tanış olub.

Layihə  Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilir. Bununla əlaqədar İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar, eləcə də onların azərbaycanlı həmkarları Şuşa şəhərinə səfər edib, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən əsərlər çəkməyə başlayıblar.

Mədəniyyət naziri layihədə iştirak edən rəssamların əl işlərinə baxıb. Rəssamların Şuşa barədə təəssüratlarını dinləyən Anar Kərimov rəsm əsərlərinin nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.