Müzəffər Ağakərimov: «Yeni mehmanxanaların açılışı ilə əlaqədar hotellərdə kadrlara tələbat yaranıb»
   
   Azərbaycan Turizm Assosiasiyası hotellərdə və turizm şirkətlərində daha çox hansı kadrlara ehtiyac duyulduğunu müəyyənləşdirib.
   
   AZTA sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hotellərdə daha çox ofisiant, barmen, qeyd-qəbul xidməti göstərən işçilərə, xadimələrə, turizm şirkətlərinin isə bacarıqlı turoperatorlara ehtiyacı var. Mütəxəssisin sözlərinə görə, ümumilikdə bu sahələr üzrə kadrlar turizm sektorunda hər zaman çoxluq təşkil edir: “Ona görə də bu kadrlarla bağlı vakant yerlərə işə qəbul zamanı yüksək peşəkarlıq tələb edilir. İndi Bakıdakı hotellərdə vakansiyaların sayı getdikcə artır. "Kempinski", "Hilton" hotellərinin fəaliyyətə başlaması, eyni zamanda yaxın vaxtlarda istifadəyə veriləcək "Marriott", "Four seasons" hotellərinin açılışı ilə əlaqədar hotellərdə kadrlara tələbat yaranıb".
   Peşəkar kadrların hazırlığı işinin gücləndirilməsini zəruri sayan assosiasiya nümayəndəsinin fikrincə, son 5 ildə Azərbaycanda turizm infrastrukturu ilə yanaşı, kadr hazırlığı sahəsində də vəziyyət yaxşılaşıb. Mingəçevirdə kollec, Qəbələ, İsmayıllı rayonlarında turizm üzrə liseylər fəaliyyət göstərir. Yaxın zamanlarda Turizm İnstitutunun balansına verilən 11 saylı turizm peşə məktəbində də kadrların hazırlığına başlanacaq. Bu peşə məktəbinin Qusar rayonunda filialı da açılacaq.
   
Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar