Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə iyulun 22-də Şuşa şəhərində Beynəlxalq Media Forumu keçirilir.

Forumda iştirak etmək üçün 20-dək ölkədən gələn xarici media nümayəndələri iyulun 21-də Heydər Əliyev Mərkəzində “Azərbaycan çap mətbuatı tarixinin inciləri” adlı sərgi ilə tanış olublar.

Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan sərgidə 1920-ci ilədək nəşr edilən və ölkənin ictimai-siyasi həyatında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbu nəşrlər haqqında məlumatlar, həmçinin müasir dövrün çap mətbuatı nümunələri nümayiş etdirilib.

Qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında da məlumat verilib. Forum iştirakçıları Heydər Əliyev Mərkəzindəki “Mini Azərbaycan” sərgisi ilə də maraqla tanış olublar. Diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycan regionlarındakı tarixi memarlıq abidələri və bir sıra müasir binaların maketləri nümayiş etdirilir.