Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən böyük sərkərdə, Səfəvilər dövlətinin qurucusu, şair Şah İsmayıl Xətainin (1487-1524) 535 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

Virtual sərgidə Xətainin həyat və fəaliyyəti, siyasi lider kimi uğurları haqqında məlumat yer alıb. 14 yaşında hakimiyyətə gələn Şah İsmayılın vahid Azərbaycan dövləti olan Səfəvi dövlətini yaratması, həmçinin ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısı olması qeyd edilib.

Virtual sərgidə Xətainin şair kimi yaradıcılığından da bəhs olunur. Şairin müəllifi olduğu şeirlərdən ibarət kitabların, eləcə də haqqında yazılan 10-dan çox kitabın biblioqrafik təsviri verilib.

Virtual sərgi kitabxananın saytında yerləşdirilib: https://ryl.az/multimedia/sah-ismayil-xetai