Bakıdakı Rus Evində (Rusiya İnformasiya Mədəniyyət Mərkəzi) Əməkdar artist, tanınmış tarzən Sahib Paşazadənin konserti olub.

RİMM-dən verilən məlumata görə, konsert proqramında Azərbaycan və Rusiya müəlliflərinin əsərləri ilə yanaşı, digər dünya klassiklərinin sevilən əsərləri də səsləndirilib.

Tarzəni fortepianoda Əməkdar artist Nərgiz Əliyeva müşayiət edib.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov maraqlı konsert proqramına görə musiqiçilərə təşəkkür edib.

Qeyd edək ki, azərbaycanlı tarzən bu yaxınlarda Rusiya Federasiyası Saxa Respublikasının 100 illiyi şərəfinə qızıl medala layiq görülüb və Yakutiya Filarmoniyasının səhnəsində iki konsert proqramı ilə çıxış edib.