İyulun 22-də Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə istedadlı rəssam, “Fəxri mədəniyyət işçisi” Firudin Quliyevin 75 illiyi münasibətilə fərdi yaradıcılıq sərgisi açılıb.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov tədbir iştirakçılarına rəssamın həyat və yaradıcılığı məlumat verib, həmçinin incəsənət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Firudin Quliyevi fəxri fərmanla təltif edib.

Rəssam Şöhrətdin Səbziyev və Astara Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva çıxış edərək yubilyara xoş arzularını çatdırıblar.

Sonra sənətkarın müxtəlif mövzulara aid rəsm əsərlərinə baxış keçirilib.

Firudin Quliyevin Lənkəran şəhər Mədəniyyət Mərkəzində fərdi sərgisi iyulun 27-dək davam edəcək.