İyulun 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 saylı kitabxana filialında Azərbaycan milli mətbuatının yaranmasının 147-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir 4 saylı kitabxana filialı və Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı İradə Hüseynova milli mətbuatımızın yaranma tarixindən danışıb. Məmməd Səid Ordubadinin Xatirə Muzeyinin əməkdaşı Rasimə Əhmədova ana dilimizdə ilk qəzetin yaradıcısı mütəfəkkir və maarifçi Həsən bəy Zərdabi və mətbuatımızın qaranquşu “Əkinçi” qəzeti barədə fikirlərini bildirib.

“Zəfər Yolu” İctimai Birliyinin sədri, şairə-publisist Pərvanə Abdullayeva müəllifi olduğu “Əziz jurnalist” şeirini söyləyib.

4 saylı kitabxana filialının müdiri Aynur Babayeva, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşı Arzu Hacızadə və Nəriman Nərimanovun Xatirə Muzeyinin əməkdaşı Nübar Cəlilova da çıxışlarında mətbuatımızın dünəni və bu günü haqqında çöz açıblar.

Nurəddin